Dr. QVANTSA GİORQADZE
“Aversi Clinic” MMC...
Tiflis, Gürcüstan
Sizi Nevroloqların Milli Assosiasiyası və Uptodate In Medicine birgə təşkilatçılığı, Milli Nevrologiya Jurnalının informasiya dəstəyi ilə 1-ci Bakı Sinir-əzələ xəstəlikləri Konfransı və Elektromioqrafiya üzrə 1-ci Bakı Təliminin rəsmi saytında xoş gördük!
Konfransda əzələ-sinir xəstəliklərinin müasir diqnostikası və müalicəsinə dair beynəlxalq dərəcəli mütəxəssilər tərəfindən yeni məlumatların paylaşılması, elektromiqrafiya diaqnostik metodu üzrə təməl və təkmil səviyyələrdə teoretik təlimin aparılması nəzərdə tutulmuşdur. Konfransın əsas istiqamətləri: Müxtəlif dərəcəli sinir-əzələ, genetik nevroloji patologiyaların diaqnostik meyarları Neyrofizioloji diaqnostika haqqında müzakirələr Laborator diaqnostikası haqqında müzakirələr Neyrofiziologiya elmi və elektroneyromioqrafiya metoduna dair teoretik təlim Konfrans 03 oktyabr 2019-cu il tarixində saat 14:30–da keçiriləcəkdir.
04 - 06 oktyabr 2019-cu il tarixində keçiriləcək Elektromioqrafiya üzrə 1-ci Bakı Təlimində əzələ-sinir xəstəliklərinin müasir diqnostikası və müalicəsinə dair beynəlxalq dərəcəli mütəxəssilər tərəfindən yeni məlumatların paylaşılması, elektromiqrafiya diaqnostik metodu üzrə təməl və təkmil səviyyələrdə praktik təlimin aparılması nəzərdə tutulmuşdur. Təlim Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditə olunmuş və 16 DTT kredit balı verilmişdir.