ABSTRAKT GÖNDƏR

Tezis və abstraktların təqdim edilməsi qaydaları

 

Dəvətli Məruzəçilərin və qonaq-professorların diqqətinə!

1-ci Bakı Sinir-əzələ xəstəlikləri Konfransı dəvətli məruzəçisi və ya qonaq-professor kimi Konqresin Elmi komitəsinə sessiyanız (sessiyalarınız) müvafiq olaraq həcmi 500 sözədək olan abstrakt/tezis və ya Ms Power Point formatında təqdimat və ya tam həcmli məqalə təqdim etməniz tələb olunur.

Abstrakt/tezis və ya Ms Power Point formatında təqdimat və ya tam həcmli məqaləni Neurology.enmg@gmail.com və ya uptodate.az@gmail.com elektron poçt ünvanına göndərməyiniz rica olunur.

Hər hansı çətinlik hallarında və ya texniki dəstək üçün Təşkilat Komitəsi ilə Neurology.enmg@gmail.com və ya uptodate.az@gmail.com elektron poçt ünvanları və ya +994-50-349-29-48 telefon (whats up) nömrəsi ilə əlaqə yaratmanızı xahiş edirik.

Abstraktların/Tezislərin və təqdimatların göndərilməsi üçün son tarixin 1 Oktyabr 2019-cu il olduğunu nəzərdə saxlamanızı xahiş edirik.

 

Təqdim etmə Qaydaları

Tezislər (abstraktlar) xarici iştirakçılardan yalnız rus və ingilis dillərində, Türkiyədən olan iştirakçılardan türk dilində və Azərbaycanlı iştirakçılardan azərbaycan və ingilis dillərində qəbul ediləcək.

Konqresin Beynəlxalq Elmi Komitəsi bütün tezisləri (abstraktları) anonim qaydada nəzərdən keçirəcək və yekun qərar qəbul edəcəkdir.

Tezislər yalnız onlayn qaydada göndərilə bilər; Kağız üzərində və disk vasitəsilə göndərilənlər QƏBUL EDİLMƏYƏCƏK.

Tezisin göndərilməsi Sizi 1-ci Bakı Sinir-əzələ xəstəlikləri Konfransı və/və ya Elektromioqrafiya üzrə 1-ci Bakı Təlim Kursunda iştirak etmək haqqı qazandırmır. Həm Konqres, həm də İntensiv Təlim Kursuna müvafiq qaydada qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat üçün www.tibbikurslar.com saytına müraciət etməyiniz rica edilir.

Konqresin Elmi Komitəsi və təşkilatçılar inanır ki, oral və ya poster təqdimat üçün seçilmiş bütün tezislər müəlliflər tərəfindən təqdim olunacaq və Konqresə təqdim edilmiş tezislər geri götürülməyəcək.

Konqres üçün səyahət edə bilməyəcəyiniz və tezisi seçilmiş formada təqdim edə bilməyəcəyiniz təqdirdə, tezisi (abstraktı) göndərməməyinizi xahiş edirik.

Təkrari Tezislər dəyərləndirmə üçün təqdim edilə bilər. (Təkrari Tezislər daha öncə digər konfransda təqdim edilmiş və ya əvvəllər elmi jurnalda dərc edilmiş tezislərdir.)

Poster/Stend məruzəsi üçün tezis şəklində təqdim edilmiş orijinal araşdırmalar, unikal və ya nadir klinik hallar, sistem icmallar, meta-analizlər və s. qəbul olunur.

Poster/Stend məruzəsi üçün tezislərin göndərilməsi zamanı bütün müəlliflər maliyyə mənbəyi və maraqların toqquşması barədə məlumat verməlidir.

Araşdırmanız hər hansı kommersiya dəstəyi və ya təşkilati yardım alıbsa, tezis/abstrakt/məqalə göndərdikdə Sizdən bunu bəyan etməniz xahiş olunur. Bu məqsəd üçün bir-cümləlik bildiriş tərtib etməniz xahiş olunur. (Bu barədə tezisin sonunda qeyd edilməlidir. Məs., “Tezisdə təsvir edilmiş araşdırmanın aparılması üçün heç bir maliyyə vəsaiti alınmamışdır.”, “Müəlliflər heç bir maraqların toqquşmadığını bəyan edir” və ya “Araşdırmanın aparılması üçün “…” Farmasevtik şirkətindən maliyyə dəstəyi alınmışdır”)

Kommersiya şirkətlərinin nümayəndələri tərəfindən təqdim edilən poster/stend məruzələri yalnız müəlliflərin adları ilə qəbul edilir (və peşəkar titullardan hər hansı biri, məsələn, MD, və ya Tədqiqatçı və s.) və təmsil etdikləri kommersiya şirkətlərinin adları və ya onlarla hansı əlaqədə olduğu daxil edilmir. Şirkət məhsullarının adları deyil, generik məhsul adları istifadə edilə bilər.

 


Tezis/Abstrakt/Təqdimatın göndərilməsi üzrə Təlimat

 

Konfrans və ya İntensiv Kursa qeydiyyatdan keçmisinizmi?

Tezis/Abstrakt/Təqdimat və ya məqalə göndərməmişdən əvvəl əmin olun ki,1-ci Bakı Sinir-əzələ xəstəlikləri Konfransı və/və ya Elektromioqrafiya üzrə 1-ci Bakı Təlim Kursunda iştirak üçün qeydiyyatdan keçmisiniz.

 

Tezisi/Abstraktı göndərmək üçün www.icnmd2019.uptodate.az saytında  ABSTRAKTI GÖNDƏR bölməsinə daxil olun və formanı doldurun. 

 

Addım 1: Öz tezisimi necə təqdim edim?

  • Öz tezisiniz barədə bütün məlumatları təqdim etməyə hazır olun.

  • Yazışmaya görə cavabdeh müəllifin kontakt məlumatları.

  • Elektron poçt ünvanı.

  • Tam poçt ünvanı.

  • Müəllif və həmmüəlliflərlə bağlı ətraflı məlumatlar, tam ad və soyad(-lar).

  • İş yerinə dair detallar: şöbə, müəssisə/xəstəxana, şəhər, ştat (ehtiyac olduqda) və ölkə

 

Sizin tezisə daxil olmalıdır:

  • Tezisin bir sırada yerləşmiş adı

  • İş yeri detalları göstərilməklə müəlliflərin siyahısı. Birinci müəllifi ayırd etməniz xahiş olunur.

  • Aşağıda verilmiş mövzular siyahısından tezisinizə uyğun gələn tematik qrupu seçməyiniz rica edilir.

  • Tezisinizin bütün məzmununu mətn şəklində (Word, TextEdit,...) tərtib etməniz tələb olunur.

  • Bütün klassik şriftlərdən istifadə edə bilərsiniz, belə ki, göndərildiyi zaman mətn avtomatik format ediləcəkdir. MacOS və Windows proqramları arasında uyğunsuzluqlarla əlaqədar müəyyən problemlər meydana çıxa bilər. Hər hansı Yunan hərflərindən deyil, onların sadə qarşılıqlarından istifadə etmənizi ciddi şəkildə tövsiyə edirik: "Δ " əvəzinə "Delta" və s. ... (alfa, beta, qamma, mikro)

  • Abstrakt/Tezisin mətnini fayl kimi online formaya əlavə edin.

  • Abstrakt/Tezisin mətnini fayl kimi həmçinin Neurology.enmg@gmail.com e-poçt ünvanına da göndərməyiniz xahiş olunur.

  • Tezin/abstrakt üçün maksimal söz sayı 500 sözdür.

  • Cədvəllər, şəkillər, görüntülər daxil edilə bilər, lakin hər biri 100 sözə bərabər sayılacaq.

 

Addım 2: Tezisin adı

Tezisin adı böyük hərflə başlamaqla, kiçik hərflərlə yazılmalıdır. Yalnız böyük hərflərdən istifadə etməyin.

Ulduz işarəsi ilə verilmiş izahat mətnləri və ya qeydlərdən istifadə edilməməlidir.

Tezisin adı bir sırada yerləşməlidir.

Abbreviaturaların/İxtisarların istifadəsindən çəkinmək lazımdır və ya yalnız çox geniş tətbiq olunan akronimlər işlədilə bilər.

 

Addım 3: Tematik qrupun seçimi

Təqdim edilən siyahıda tezisin tematik qrupunu seçməniz xahiş edilir. Bu tezisinizin baxılma üçün Tezisləri Dəyərləndirmə Komitəsi üzvlərinə göndərilməsi və tezisin təqdimatı üçün sessiyanın planlaşdırılmasını təmin etmək üçün istifadə olunacaq.

Tezisin mövzusu: Mövzular siyahısı ilə tanışlıqdan sonra, tezisin hansı kateqoriya altında dəyərləndirilməli olduğunu seçin.

 

Göndərilən tezislərin/abstraktların tematik qrupları:

Ditrofinopatiya
Əzələ Distrofiyaları (Qeyri-Distrofinopatiya)
Anadangəlmə Əzələ Distrofiyası
Anadangəlmə Miopatiyalar / Əhəmiyyətli Dərəcəli Əzələ Kontrakturaları ilə
Miopatiyalar

Distal Miopatiya / Miofibrilyar Miopatiyalar
Miotonik Miopatiyalar
Çiyin-kürək-üz Əzələ Distrofiyaları / Göz-udlaq (okulofaringeal) Əzələ Distrofiyası
Metabolik Miopatiyalar / Mitoxondrial Miopatiyalar
Əzələ Kanalopatiyaları və Müvafiq Xəstəliklər
Digər Miopatiyalar, o cümlədən GNE – İrsi Əlavə Cisimciklər Miopatiyası
İltihabi / Disimmun Miopatiyalar
Əlavə Cisimciklər ilə Miozit
Toksik / Endokrin / Digər Qazanılmış Miopatiyalar

 

Addım 4: Müəlliflər

Tezislərinizin göndərilməsini nəzərdən keçirməzdən öncə, ilk olaraq müəlliflər və həmüəlliflərin siyahısını yaratmalısınız. Müəlliflər əlifba sırası ilə əks olunacaq. Daha sonra istəyinizə uyğun olaraq sıranı dəyişə və ilk müəllif və təqdimatı edən müəllifi seçə bilərsiniz.

 

Addım 5: Təsdiqləmə 

Bəndlərin hamısını diqqətlə oxumanız xahiş olunur. Bütün mütləq  bəndlər təmin olunduqdan sonra abstraktı/tezisi göndərməyiniz xahiş olunur.

 

Addım 6: Mətn

Tezisin həcmi 500 sözü ötməməlidir (hesablayıcı proqram təminatı vasitəsilə yoxlayın).

Cədvəllər, şəkillər, görüntülər daxil edilə bilər, lakin hər biri 100 söz olaraq sayılacaq.

Tezisinizin bütün məzmununu mətn redaktorunda (Word, Text Edit,...) tərtib etməlisiniz.

Bütün klassik şriftlərdən istifadə edə bilərsiniz, belə ki, göndərildiyi zaman mətn avtomatik format ediləcəkdir. MacOS və Windows proqramları arasında uyğunsuzluqlarla əlaqədar müəyyən problemlər meydana çıxa bilər.

Hər hansı Yunan hərflərindən deyil, onların sadə qarşılıqlarından istifadə etmənizi ciddi şəkildə tövsiyə edirik: "Δ " əvəzinə "Delta" və s. ... (alfa, beta, qamma, mikro)

 

Addım 7: Açar sözlər

Öz seçiminizə uyğun olaraq, tezisinizin məzmununu təsvir edən 4-ə qədər açar söz daxil etməniz xahiş olunur. Açar sözlərin qeyd olunması mütləq deyil.

 

Addım 8: İlkin baxış və Tamamlama

Tezis avtomatik olaraq "İşlənilmə Mərhələsində" statusu altında qeydiyyatdan keçir və Elmi Komitənin baxılması üçün hazırlanır.

 

Addım 9: Dəyərləndirmə

Tezislərin göndərilməsi üçün təyin edilmiş son tarixdən sonra, tezislər, qeyd edilən tematikaya müvafiq olaraq,Tezisləri Dəyərləndirmə Komitəsinin üzvlərinə yönəldiləcək. Qiymətləndirmələrə əsaslanaraq, Tezisləri Dəyərləndirmə Komitəsi oral və ya poster/stend təqdimatı üçün qəbul edilən tezisləri seçəcəkdir.

Bundan sonra təqdimatçıların hamısı elektron poçt ünvanı vasitəsilə son qərar (qəbul edilmiş və ya qəbul edilməmiş) almış olacaq.

 

Tezislər aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəkdir:

Uyğunluq

Ən yaxşı təcrübələr

Klinik hallar seriyası üzrə çalışmalar

Təqdim olunan tələb olunan məlumatların tamlığı

Orijinallıq

Konsepsiya və dizayn

Təqdimat

Digər xüsusiyyətlər (tematik qruplara uyğun).

 

Əlavə məlumat üçün əlaqə saxlayın:

Fərid İsrafilzadə

+994 55 630 37 93

Neurology.enmg@gmail.com

uptodate.az@gmail.com

Faylı seçin
* Göstərilən xanalar vacibdir