Hörmətli həmkarlar!
Sizi Nevroloqların Milli Assosiasiyası və Uptodate In Medicine birgə təşkilatçılığı, Milli Nevrologiya Jurnalının informasiya dəstəyi ilə 1-ci Bakı Sinir-əzələ xəstəlikləri Konfransına dəvət edirik!
Konfransda əzələ-sinir xəstəliklərinin müasir diqnostikası və müalicəsinə dair beynəlxalq dərəcəli mütəxəssilər tərəfindən yeni məlumatların paylaşılması, elektromiqrafiya diaqnostik metodu üzrə təməl və təkmil səviyyələrdə teoretik təlimin aparılması nəzərdə tutulmuşdur.
Konfransın əsas istiqamətləri:
Müxtəlif dərəcəli sinir-əzələ, genetik nevroloji patologiyaların diaqnostik meyarları
Neyrofizioloji diaqnostika haqqında müzakirələr,
Laborator diaqnostikası haqqında müzakirələr
Neyrofiziologiya elmi və elektroneyromioqrafiya metoduna dair teoretik təlim
Konfrans 03 oktyabr 2019-cu il tarixində saat 14:30 –da keçiriləcəkdir.
Konfransda dəvamiyyət gündə 3 dəfə imza ilə və şəxsiyyəti təsdiq edən vəsiqə ilə yoxlanılacaq.
Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditə olunmuş və 8 DTT kredit balı verilmişdir.
Məruzəçi- ekspertlər:
1. Prof. Rəna Şirəliyeva
Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun Nevrologiya Kafedrasının rəhbəri, Milli Nevroloqların Assosiasiyasının prezidenti, Bakı, Azərbaycan
2. Prof. Klaus Toyka
Almaniyanın Vürsburq Universitetinin Nevrologiya Kafedrasının Nevrologiya professoru və Fəxri rəhbəri, Johns Hopkins Universiteti, Tibb Məktəbinin Nevrologiya üzrə adyunkt professoru, ABŞ
3. Prof. Karlheinz Reiners
Nevrologiya professoru, Nevrologiya Şöbəsində Nevrologiya və Klinik Neyrofiziologiya üzrə məsləhətçi, Herrmann-Josef-Hospitalı, Erkelenz, Almaniya
4. Prof. Stephan Zierz
Almaniyanın Halle Universitеti, Nevrologiya Kafedrasının Nevrologiya professoru və rəhbəri, Almaniya
5. Dr. Madona Sexniaşvili
S.Xeçinaşvili Universitet Xəstəxanasının nevroloqu, neyrofizioloqu, Tbilisi, Gürcüstan
6. Dr. Qvantsa Giorqadze
Aversi Klinikası mərkəzi filialının nevroloqu, elektromioqrafiya mütəxəssisi, Tbilisi, Gürcüstan
7. Dr. Xatiya Qvantseladze
EVEX Medical Corporation Regional Xəstəxanasının Nevrologiya Şöbəsinin rəhbəri, Tbilisi, Gürcüstan
8. Prof. Sədaqət Hüseynova
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Neyrofiziologiya şöbəsinin rəhbəri Bakı, Azərbaycan
Təşkilatçılar:
Nevroloqların Milli Assosiasiyası
Milli Nevrologiya Jurnalı
Təşkilati və informasiya dəstəyi:
Uptodate In Medicine
Hədəf auditoriyası: nevroloqlar, neyrocərrahlar, genetiklər, pediatrlar, radioloqlar, reabilitoloqlar
SON QEYDIYYAT GÜNÜ: 23 sentyabr 2019-cu il
Qeydiyyatdan keçmək üçün :
www.tibbikurslar.com saytina daxil olub qeydiyyatdan keçin ▶️Təhsil bölümü▶️Konfranslar▶️ Bakı 1-ci Sinir-əzələ xəstəlikləri Konfransı seçin və qeydiyyata düşün və online kartla və ya emanatla ödəniş edin.